“Bank Avrasiya”nın bu il ən çox hansı sahəyə kredit ayırdığı məlum olub.
FED.az xəbər verir ki, “Bank Avrasiya”nın bu ilin yanvar-sentyabr aylarında kredit portfeli 90 milyon 039 min manat təşkil edib.
“Bank Avrasiya” kredit portfelinin 59 milyon 794 min manatını biznesə ayırıb. Bu ötən ilin yanvar-sentyabr ayı ilə müqayisədə 9 milyon 640 min manat və ya 13,88% azdır.
Eləcə də bax:Daha bir bankın vəziyyəti - MƏLUM OLDU - HESABAT
Bank bu ilin 9 ayında 5 milyon 148 min manat istehlak krediti verib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 664 in manat və ya 47,80% çoxdur.
Həmçinin bank ötən illə müqayisədə daşınmaz əmlak kreditlərini də artırıb. Belə ki, bank bu il 25 milyon 097 min manat daşınmaz əmlak krediti verib ki, bu da ötən illə müqayisədə 5 milyon 466 min manat və ya 27,88% çoxdur.