“Bank Avrasiya” ASC 2023-cü ilin II rübünün nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın faiz gəlirləri 8 milyon 13 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon manat, yaxud 34,5% çoxdur.
Faiz xərcləri 1,7 milyon manat təşkil edib ki, bu da ötən ilə nisbətən 815 min manat, başqa sözlə 93,6% çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin II rübündə 6,5 milyon manata yaxın olub. Bu da illik müqayisə ilə 2,3 milyon manat, və ya 55,1% çoxdur.
Bankın qeyri faiz gəlirləri 1,1 milyon manat, qeyri faiz xərcləri 3,8 milyon manat təşkil edib. Gəlirlər son bir ildə 17,4% azalıb, xərclər isə 22,9% artıb.
Əmək haqqı digər kompensiya növləri üzrə xərclər 1 milyon 649 min manat, ümumi inzibati xərclər 251 min manat təşkil edib.
Bankın əməliyyat mənfəəti isə təxminən 3,8 milyon manat olub. Bu da illik müqayisə ilə 55,3%-ə yaxın artım deməkdir.
“Bank Avrasiya” mənfəət vergisi ödəməyib, II rübü 2 milyon 273 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 13,8 dəfə çoxdur.
Belə ki, bank keçən ilin ilk 6 ayını cəmi 165 min manat mənfəətlə başa vurmuşdu.
“Bank Avrasiya” ASC-nın aktivləri ilk altı ayda 206,2 milyon manat olub. Aktivlər ötən ilin sonu ilə müqayisədə 18 milyon manata yaxın, yaxud 8% azalıb.
Aktivlərin 44,1 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait, 17,9 milyon manatını qiymətli kağızları təşkil edib.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 136,6 milyon manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 11,2 milyon manat, 9% artıb.
Kredit portfelinin də 13,5 milyon manatını istehlak, 67,9 milyon manatını biznes, 55,2 milyon manatını daşınmaz əmlak kreditləri təşkil edib.
Bankın öhdəlikləri 130,2 milyon manat olub ki, bu son altı ayla müqayisədə 20,2 milyon manat, yaxud 13,4% azalma deməkdir.
“Bank Avrasiyaın” depozit portfeli II rübdə 74 milyon manat təşkil edib. Bu da ötən ilin sonu ilə müqayisədə 5,7 milyon manat, yaxud 7,1% azdır.
Depozit portfelinin 68,5 milyon manatını fiziki şəxslər,5,7 milyon manatını hüquqi şəxslər üzrə depozitlər təşkil edir. Fiziki şəxslər üzrə depozitlər son 6 ay ərzində 1,7 milyon manat, və ya 2,2% artıb, hüquqi şəxslər üzrə depozitlər isə 7,2 milyon manat, yaxud 56,7% (2 dəfədən çox) azalıb.