“Bank Avrasiya” ASC 2024-cü ili 1 milyon 202 min manat xalis mənfəətlə başa vurub.
Lakin bankın xalis mənfəəti son bir ildə 353 min manat, başqa sözlə 23% aşağı düşüb.
Hesabat dövründə bank mənfəət vergisi ödəməyib.
Hesabat dövründə bankın faiz gəlirləri 268 min manat və ya 7% azalaraq 3 milyon 599 min manat, faiz xərcləri isə 191 min manat və ya 24% azalaraq 606 min manat təşkil edib.
Bu dövrdə bank müştərilərinə verdiyi kreditlərdən 3 milyon 124 min manat faiz gəliri əldə edib ki, bu da illik müqayisədə 150 min manat və ya 5% çoxdur.
Beləliklə xalis faiz gəlirləri 2 milyon 616 min manat olub ki, bu da illik müqayisədə 609 min manat və ya 19% azdır.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 529 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 659 min manata bərabər olub.
İllik müqayisədə gəlirlər 37 min manat (7%) , xərclər isə 125 min manat (7%) azalıb.
Beləliklə, bank bu dövrdə1 milyon 485 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2023-ci ilə nisbətən 521 min (26%) azdır.
İlk rübdə bankın aktivləri 0,3% və ya 570 min manat azalaraq 184 milyon 967min manata düşüb.
Bu dövrdə “Bank Avrasiya”nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 1% (1 milyon 999 min manat) artaraq 135 milyon 170 min manata düşüb.
Kredit portfelinin 15 milyon 307 min manatını istehlak kreditləri, 63 milyon 846 min manatını biznes kreditləri, 56 milyon 17 min manatını isə ipoteka kreditləri təşkil edib.
Son bir ildə istehlak kreditləri 168 min manat (1%), biznes kreditləri 2 milyon 368 min manat (4%) azalıb, ipoteka kreditləri isə 537 min manat (1%) artıb.
Bu dövrdə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 102 milyon 292 min manat təşkil edib ki, bu da illik müqayisədə 1milyon 809 min manat və ya 2% azdır.
Hesabat dövründə bankın depozit portfeli də 1 milyon 843 min manat və ya 4% artaraq 50 milyon 369 min manata çatıb.
Depozit portfelinin 46 milyon 269 min manatını fiziki şəxslərin əmanətləri, 4 milyon 59 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin depozitləri 3 milyon 820 min manat və ya 9% artasa da, hüquqi şəxslərin depozitləri 1 milyon 976 min manat 33% azalıb.
2024-cü ilin ilk rübündə “Bank Avrasiya”nın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 1 milyon 239 min manat və ya 2% artaraq 81 milyon 675 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 20 milyon 598 min manat, başqa sözlə 3,6 dəfə azalaraq 7 milyon 873 min manata düşüb.