Mövzuya yaxın mənbələr, Döyçe Bankın (Deutsche Bank) ötən ay 35 milyard dolları səhv hesaba göndərdiyini bildirib.
Xətalı transfer Pasxa Bayramından bir həftə əvvəl baş verib. İcraçı Direktor John Cryan-ın son həftəsində reallaşmış xətalı köçürmə dərhal fərq edilib və maddi itki olmayıb.
Digər tərəfdən bu vəziyyət bankın risk və nəzarət proseslərinə dair sualları artırıb.
Döyçe Bank adından açıqlama verən Charlie Olivier, "Səhv saniyələr içərisində fərq edilmişdir və düzəldilmişdir. Bu xətanın nə üçün baş verdiyinə dair səbəbləri diqqətli şəkildə nəzərdən keçirdik və təkrarlanmaması üçün tədbirlər gördük" deyib.