“Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” PHŞ Balakən şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması üzrə tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderin qalibi müəyyən olunub.
Qalib “AzərsutəchizatTikinti” Açıq Səhmdar Cəmiyyəti olub.
Qalib şirkətə 21 milyon 608 min 477 manat ödəniləcək. Layihənin ehtimal olunan qiyməti isə 30 milyon 869 min 252 manat idi.
“Azərsutəchizattikinti” daha öncə Məcburi Köçkünlərin Sosial İnkişa Fondunun 2 milyon 510 min 615 manat dəyərindəki Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində su təchizatı, kanalizasiya və suvarma sisteminin tikintisi tenderinin qalibi olub.
Qeyd edək ki, “Azərsutəchizattikinti” ASC 23 avqust 2004-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 24 min 442 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirzəcan Xəlilov Mirzəmməd oğludur. Hüquqi ünvanı AZ5401, Sabirabad Rayonu, Şəhriyar, ev 35 ünvanında yerləşir.




                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







