«Pakistan Milli Bankı (Bakı filialı)»2018-ci ilin ilk yarım ilini mənfəətlə başa vurub. FED.az bankın hesabatlarına istinadən xəbər verir ki, bank 2018-ci ilin 2-ci rübündə faiz gəlirəri 435 min manat, faiz xərcləri 2 min manat, xalis faiz gəlirləri isə 2017-ci ilin ikinci rübünə nisbətən 2% artaraq 433 min manata yüksəlib.
İlk yarım ildə bankın qeyri-faiz gəlirləri 1 018 manat, qeyri-faiz xərcləri 409 min manat təşkil edib. Əməliyyat mənfəəti 25 min manat olub. Aktivlər üzrə mümkün zərərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılması üçün ayırmalar 5 630 manat azaldılıb. Nəticədə ikinci rübün yekunu olaraq bankın xalis mənfəəti 30 min 77 manata olub.
Xatırladaq ki, bank 2017-ci ilin 2-ci rübünü 57,52 min manat zərərlə, 2017-ci ili 104,91 min manat zərərlə, 2018-ci ilin 1-ci rübünü isə 13,01 min manat mənfəətlə başa vurub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk yarım ildə bankın cəmi aktivləri 2017-ci ilin 2-ci rübü ilə müqayisədə 5% azalaraq 10 mln 717 min manat olub. Bu ilin əvvəlindən indiyədək isə bankın aktivləri 963 min manat azalıb.
Bankın cəmi öhdəlikləri isə ötən ilin eyni dövrünə nisbətən 51% azalaraq 474 min manat təşkil edib. Cəmi kapital 0,2% azalaraq 10 mln 242 min manat olub.
Hesabata əsasən müştərilərə verlən kreditlərin həcimi keçən ilin 2-ci rübünə nisbətən 11,2% artaraq 1 mln 588,8 min manat təşkil edib. Bu ilin əvvəlindən indiyədək isə kredit portfeli 2,8% azalıb.
Bakıdakı Pakistan bankının vəziyyəti məlum oldu – HESABAT
13:51
18 İyul 2018