Azərbaycanda fəaliyyət göstərən İran bankı - Bank Melli İranın Bakı filialı bu ilin 3-cü rübünə olan maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, bu ilin 9 ayı ərzində Bak Melli İranın Bakı filialının aktivləri 89 milyon 590 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat və ya 20,93% azdır. Bankın aktivləri azalması qarşısında sa da öhdəlikləri artıb. Belə ki, son bir ildə bankın öhdəlikləri 30,62% artaraq 55 milyon 754 min manat təşkil edib.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
İran Bankının Bakı filialı son bir ildə müştərilərə verdiyi kreditləri 21,41% artıraraq 4 milyon 246 min manata çatdırıb.
Ötən ilin 9 ayı ilə müqayisədə Bank Melli İranın Bakı filialının nizamnamə kapitalı dəyişməyərək 73 milyon 611 min manat təşkil edib.
Bankın son bir ildə faiz gəlirləri 2,63% azalaraq 2 milyon 107 min manat, faiz xərcləri 4,48% azalaraq mənfi 79,7 min manat, xalis faiz gəlirləri 2,54% azalaraq 2 milyon 028 min manat təşkil edib.
Eləcə də bax: Ləğv prosesində olan banklarda pulu qalanların nəzərinə - ÖDƏNİŞ BAŞLAYIR - TARİX
Bununla yanaşı, İran bankı bu il aktivlər üzrə ehtiyatların yaradılmasına 21 milyon manat ayırıb. Bu öən ilin eyni dövründəki göstərici ilə müqayisədə təqribən 66 dəfə artıqdır.
Məhz ehtiyat ayırmalarının kəskin artımı səbəbindən İran bankı 3-cü rübü böyük zərərlə başa vurub.
Ötən ilin 9 ayında 1 milyon 800 min manat xalis mənfəət əldə edən bank bu ilin həmin dövründə nə az, nə çox - 19 milyon 316 min manat zərər edib.
Eləcə də bax: Gələn ay Bakıda IV Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Nəticədə bankın indiyədək toplanmış zərəri 39,8 milyon manata çatıb.
Beləliklə də son bir ildə Bank Melli İranın Bakı filialının cəmi kapitalı 36 milyon 793 min manat və ya 52,09% azalaraq 70 milyon 628 min manatdan, 33 milyon 835 min manata enib.
Bank bu il 6 min 638 manat mənfəət vergisi ödəyib.