19–20 noyabr tarixlərində Bakıda IX Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.
FED.az xəbər verir ki, Forum “Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” devizi altında baş tutacaq və nağdsız iqtisadiyyat, rəqəmsal transformasiya, süni intellekt, kibertəhlükəsizlik, açıq bankçılıq, kapital bazarları və yeni ödəniş ekosistemləri kimi sahələrdə aktual trendlərin müzakirəsinə həsr olunacaq.
Tədbirdə dövlət qurumları, bank və maliyyə institutları, fintech ekosistemi, beynəlxalq təşkilatlar və aparıcı şirkətlərin nümayəndələri iştirak edəcək.













