Bakıda işləyənlərin orta aylıq əməkhaqları artıb.
FED.az xəbər verir ki, 2019-cu yanvar-avqust aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 4,4 faiz artaraq 822,2 manat olub.
Eləcə də bax:Maaş kartlarının sayında böyük artım – SON RƏQƏMLƏR
Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.