Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı Bakıda “V İnvestorlar yarmarkası” adlı tədbir keçirilir.
FED.az-ın məlumatına görə, tədbirdə mikromaliyyə sektorunda mövcud olan problemli məsələlərin müzakirəsinə daha çox diqqət ayrılacaq. Bundan başqa, maliyyə texnologiyalarının tətbiqi ilə bağlı da mövzulara yer ayrılacaq.
Bununla bağlı Azərbaycan, Belçika, Makedoniya, ABŞ və İslandiya kimi ölkələrdə yerləşən şirkətlərdən peşəkar ekspertlərinin iştirakı və təqdimatı olacaq.
Tədbiz zamanı “Mikromaliyyənin gələcəyi: Mövcud vəziyyətdə mikromaliyyəni necə stimullaşdırmaq olar?” və “İnkişaf etməkdə olan Maliyyə Texnologiyaları dövrü: Təhlükə yoxsa fürsət” adlı sessiyalarda bu məsələlərin həlli yolları araşdırılacaq və ekspertlər öz təkliflərini və məsləhətlərini tədbirin iştirakçıları ilə bölüşəcəklər.
Tədbirdə ümumililkdə, 12 investor və xidmət təmin edən təşkilat, eyni zamanda 20-dən çox investisiya cəlb etmək istəyən və bu sektorda sektorda maraqlı olan digər institutlardan olmaqla 100 nəfərdən artıq nümayəndənin iştirak edir. Qeyd edək ki bu günki tədbirdə iştirakçıların investorlar və xidmət təminatçıları ilə görüşü planlaşdırılır.
Bakıda İnvestorlar Yarmarkası keçirilir
10:39
6 Okt 2017