Aprelin 3-4-də Bakıda “Nağd ödəniş, İnkasasiya və Bankda kassa əməliyyatları” VII Beynəlxalq Konfrans baş tutacaq.
FED.az xəbər verir ki, konfransın təşkilatçısı “Business-Format” şirkətidir.
Hər il keçirilən beynəlxalq konfransda MDB ölkələrində fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri, kassa, hesablama və əməliyyat bölmələrinin mütəxəssisləri, pul dövriyyəsi sahəsində aparıcı analitiklər və beynəlxalq mütəxəssislər, Mərkəzi və Milli bankların nümayəndələri, həmçinin banklar üçün ixtisaslaşmış məhsul və xidmətlər istehsal edən şirkətlər iştirak edəcəklər.
Bu konfrans bank və nağd pul dövriyyəsinin mütəxəssisləri üçün nağd pul dövriyyəsi ilə bağlı bu gün üçün aktual mövzuları müzakirə etmək, biznes görüşlər keçirmək üçün çox mühüm tədbirlərdən sayılır. Konfransın məqsədi aparıcı texnologiya və təcrübə mübadiləsi, həmçinin yeni işgüzar əlaqələrin yaradılması və müştərək biznes ideyalarının tapılması, nağd ödənişlər sayəsində qərarlar və innovasiyalar üçün böyük imkanlar yaratmaqdır.
Bu il keçiriləcək konfransda müasir bank biznesində pul dövriyyəsinin rolu, yeni şəraitdə yeni məqsədlər, Pulun mövcudluğu və iqtisadiyyatın dicitallaşması, çağırışlar və perspektivlər, nağd vəsaitin idarə edilməsi və “Cash-management”də yeni baxış, inkasassiya və nağd vəsaitinin yenidən hesablanması, aktual məsələlər və yeni yanaşmalar, nağd vəsaitin idarəedilməsi, pul nişanlarının müdafiəsinə müasir tələblər, onların standartları və dəyişiklikləri, nağd vəsaitin idarəedilməsi ilə bağlı cinayətkarlıqla mübarizə və saxta pulların ekspertizası və sair mövzular əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, “Nəğd ödəniş, İnkasasiya və Bankda kassa əməliyyatları” VII Beynəlxalq Konfransının media tərəfdaşı qismində APA Holding çıxış edir.
Xatırladaq ki, indiyədək bu konfrans Ukrayna, Belarus və Qazaxıstanda keçirilib.