Bir sıra xəbər saytlarında Unibank mühafizəçisinin döyülməsi haqda yayılmış məlumatlarla bağlı bildiririk ki, Bankın Təbriz küçəsi 94 ünvanında yerləşən “Nərimanov” filialında hər hansı insident qeydə alınmayıb.
FED.az xəbər verir ki, bu barədə "Unibank"ın yaydığı məlumatda bildirilir.
“Unibank”ın ümumiyyətlə Bağırov Lətif İsmayıl oğlu adlı əməkdaşı yoxdur"-deyə bank bildirir.
***
Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.
"Bravo"dakı silahlı basqında yaralanan "Unibank"ın əməkdaşıdır - BANKDAN AÇIQLAMA
FED.az xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.
Belə ki, “Unibank”ın əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.
O döyülərək ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. (Apa)