2019-cu ildə “Bakı Metropoliteni” QSC lisenziyası ləğv edilmiş 2 bankdakı pulunu ala bilməyib.
FED.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
«Azercell»in prezidenti: «Bank Standard»dakı pulların qaytarılacağına ümid edirik» - MÜSAHİBƏ
Məlumata görə, bu ilin əvvəlinə metronun “Texnika Bank” ASC-dəki vəsaitlərinin məbləği 1 563 289 manat, “Bank Standard” QSC-dəki vəsaitlərinin məbləği isə 2 145 793 manat təşkil edib. Bu da ötən ilin əvvəli ilə müqayisədə eynidir.
“Bakı Metropoliteni”nin yığılmış zərəri - 500 MİLYON MANATA YAXINLAŞIB
“Texnika Bank”dakı vəsaitlər Azərbaycan manatı, “Bank Standard”dakı vəsaitlər isə ABŞ dolları ilə yerləşdirilib.
“Ləğv prosesində olan bankların öhdəliklərini məhkəmənin təyin edəcəyi ləğvedici (Azərbaycan Əmanətlərin Sığortalanması Fondu) qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək”, - deyə hesabatda qeyd olunub (Report).