Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Royalbank" ASC-nin kreditorlarına müraciət edib.
FED.az-ın məlumatına görə, fond müştərilərin diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 21 sentyabr 2021-ci il tarixdən etibarən başlayacaq.
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.
«Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək bank rekvizitlərini qeyd etsinlər»-deyə fond bildirir.
"Royalbank" ASC-nin müştəriləri əlavə məlumat üçün fondun ofisinə (Bakı şəhəri Babək prospekti 16) və ya qaynar xəttinə (012) 941) müraciət edə bilərlər.