Hərrac Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu, Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları” və digər normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilib.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan FED.az-a verilən məlumata görə, ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqları ilkin satış qiyməti: 17 421 (on yeddi min dörd yüz iyirmi bir) manat olmaqla hərraca çıxarılıb.
Ləğv prosesində olan “Royal Bank” ASC-nin balansında olan mebel avadanlıqları, bank reyestrində olan əsas vəsaitlərin inventarizasiya siyahısına uyğun 473 ədəd mebel avadanlıqlarının birinci hərracı alıcı müraciəti olmadığından baş tutmamış hesab olunub.
Ləğvetmə prosesində olan bankların ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin satışı üzrə hərracların keçirilmə qaydaları” və digər normativ hüquqi aktlarına uyğun olaraq hərrac davam etdirilir.