Bank

Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın - Vəsait Ödənilib

Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın - Vəsait Ödənilib | FED.az
12:39 5 Sen 2020

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 21,5 min qorunan əmanətçisinə 507,9 milyon manat kompensasiya ödəyib.

Eləcə də bax: Azərbaycanda ləğv olunmuş 4 bankın əmanətçilərinə ödənilən kompensasiya - 500 Mln. Manatı Keçib

FED.az  xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 8,8 min əmanətçisi 201,5 milyon manat, “Amrah Bank”ın 5,4 min əmanətçisi 129 milyon manat, “AGBank”ın 3,7 min əmanətçisi 69,1 milyon manat, “NBC Bank”ın isə 3,7 min əmanətçisi 108,4 milyon manat kompensasiya alıb.

“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Digər xəbərlər

Banner