Azərbaycanda mətbuatda adı ən çox hallanan banklar məlum olub.
FED.az xəbər verir ki, «Media Consulting and Services» şirkəti media monitorinqi ilə dekabr ayında mətbuatda haqqında ən çox danışılan bankları müəyyən edib.
Məlum olub ki, bankların media aktivliyi dekabr ayında noyabr ayı ilə müqayisədə daha çox olub. Belə ki, 2017-cı ilin noyabr ayında 25059 bank adı hallanan yazı müşahidə edildiyi halda dekabrda bu rəqəm 27 890 olub. Hesabat ayında əvvəlki aylardan fərqli olaraq Dəmir Bankın adının kəskin hallanmasını qeyd edə bilərik. Dəmir Bank haqqında dərc olunan məlumatların əksəriyyəti bankın lisenziyasının ləğv edilməsi ətrafında cərəyan edir.
Hesabat dövründə bank sektorunun əsas mövzuları bankların bağlanması (və ya bağlanacağı), əmanətlərin və kreditlərin qaytarılmaması ilə bağlıdı. Mətbuatda adı ən çox çəkilən banklar bunlar olub: 1. ABB -1753 2. Dəmir Bank -1444 3. Kapital Bank - 969
Bağlanması «Dəmirbank»ı məşhurlaşdırıb
11:22
8 Yan 2018