«Dəmirbank»ın lisenziyasının ləğv edilməsi və bankın bağlanması Azərbaycan banklarındakı pulların aqibəti ilə bağlı məsələni gündəmə gətirib. FED.az xəbər verir ki, hazırda bankın müştərilərini, burada əmanəti olan şəxsləri və partnyorlarını maraqlandıran əsas məsələ bankdakı pulların hansı arıcıllıqla qaytarılacağıdır.
Dünən, dekabrın 26-da Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) «Dəmirbank»dakı əmanətlərin həcmini açıqlayıb.
Palatanın məlumatına görə, bankın bu barədə son hesabatı sentyabrın 30-da təqdim edib. Həmin vaxt bankda 66 286 nəfər əmanətçinin 81,5 mln manat Fond tərəfindən kompensasiya olunan əmanəti olub. Dekabrın 22-də aparılan ilkin qiümətəndrməyə görə isə, kompensasiya olunan əmanətlərin həcmi hesablanmış faizlərlə birlikdə 55 213 nəfər üzrə 63,5 mln manat təşkil edir.
Aydın məsələdir ki, sığortalanmış əmanətləri Əmanətlərin Sığortalanması Fondu qaytaracaq.
Bəs bankda pulu olan digər şəxslər necə, öz pullarını ala biləcəklərmi? Bu pullar hansı ardıcıllıqla qaytarılır? Bu suala cavab «Banklar haqqında» qanunun 82-ci maddəsindədir.
Ödənişlərin növbəliyi adlanan həmin maddəyə əsasən bankdakı pullar belə bölünür:
M a d d ə 8 2. Ödənişlərin növbəliyi
82.1. Müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında aşağıdakı növbəlik qaydasında bölüşdürülür:
82.1.2.fiziki şəxslərin əmanətlərinin sığortalanması Fondunun reqres hüququ üzrə tələblər;
Yəni Əmanətlərin Sığortalanması Fondu banklakı qorunan əmanətləri öz hesabına qaytarır. Sonra isə həmin məbləği bankdan alır. 82.1.2. maddəsində göstərilən tələblər bunu nəzərdə tutur.
82.1.3.iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, o cümlədən onların əmək haqqı, məhkəmə xərcləri və ləğvedicinin bankın ləğvetmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı qəbul etdiyi öhdəliklər;
Bankın pullarının bölünməsində ikinci növbə ləğvedicinindir. Məlum olduğu kimi bank ləğv ediləndə ona ləğedici təyin edilir. Bankın bundan sonrakı ləğvetmə prosesini bu şirkət və ya qurum (adətən bu qurum Əmanətlərin Sığortalanması Fondu olur) həyata keçirir. Eləcə də məhkəmələrdə təmsilçilik edir. Yəni qorunan əmanətlər qaytarılandan sonra bankın pullarının bir hissəsi ləğvdiciyə sərf edilir.
82.1.4.iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri;
Əgər belə tələblər varsa.
82.1.5.bankın müflis elan olunmasına dair məhkəmə qərarının qəbul edildiyi tarixdən əvvəlki altı aydan çox olmayan dövr üçün ödənilməli müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın işçilərinin və keçmiş işçilərinin tələbləri;
Belə tələblər olarsa, vəsaitlərin xərcləndiyi növbəti istiqamət işçilərlə bağlı olacaq.
82.1.6.müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;
Yenə də vəsaitlərin bir hissəsi inzibatçı və sağlamlaşdırma tədbirlərinə xərclənəcək
82.1.7.bankın müflis elan olunmasına dair qərarın qəbul edildiyi tarixdən əvvəlki bir ildən çox olmayan müddət üçün büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər;
Yalnız əvvəloki tələblər ödənildikdən sonra bankın pulu qalarsa, onun döılət büdcəsi qarşısındakı və sosial ödənişlərlə bağlı öhdəlikləri ödənilməlidir.
82.1.8.təminatsız kreditorların tələbləri.
Gəldik ən əsas məsələyə. Sonuncu yerdə olmasına baxmayaraq əhalinin və iş adamlarının ən çox təsirləndiyi maddə budur. Təminatsız kreditorlar dedikdə bankda qorunmayan əmanəti olanlar və buradakı hesabında pul saxlayan şirkətlərdə nəzərdə tutulur. Göründüyü kimi, şirkətlərin pulunun qaytarılması üçün bank əvvəlcə qorunan əmanətləri ödəməli, sonra ləğvedici və inzibatçının xidmət haqqını ödəməli, işçiləri qarşısındakı öhdəliklərini yerinə yetirməli, dövlət büdcəsinə vergiləri ödəməlidir. Yalnız bundan sonra. Heabda pul qalarsa, burada şesabı olan şirkətlərin pulları qaytarılacaq. İndiyədək mövcud olan təcrübə göstərir ki, bir qayda olaraq şirkətlərin pullarının qaytarmağa pul qalmır.
82.2. Qalan aktivlər bankın səhmdarlarına onların paylarına mütənasib surətdə qanunvericiliyə uyğun qaydada ödənilir.
Bankın səhmdarları isə göründüyü kimi, bütün bu prosesdən sonra hər hansı məbləğ qalarsa, ona sahib ola biləcəklər.
Bağlanan bankların pulları necə bölünür? – QANUNDAN ÇIXARIŞ
12:23
27 Dek 2017