Əmanətlərin Sığortalanması Fondu fəaliyyətin dayandırmış banklara məxsus daşınar əmlakları satışa çıxarıb.
FED.az xəbər verir ki, 25 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə keçiriləcək hərracda fəaliyyətini dayandırmış “Dəmirbank” ASC-nin, “NBC Bank” ASC-nin və “AtaBank” ASC-nin balansında olan daşınar əmlaklar satılacaq.
Mayın 25-də keçiriləcək hərracda “DəmirBank” ASC-nin balansındakı daşınar əmlaklar - müxtəlif növ avadanlıq və əşyalar açıq hərraca çıxarılacaq. Əmlakların ilkin satış qiyməti 11 955 manatdır.
Həmin gün keçiriləcək digər hərracda “NBCBank” ASC-nin balansındakı daşınar əmlaklar - 3 ədəd ödəmə terminalı hərraca çıxarılacaq. Onların ilkin satış qiyməti 1800 manatdır.
Eləcə də hərracda “AtaBank” ASC-nin balansındakı daşınar əmlaklar - 7 ədəd ödəmə terminalı açıq hərraca çıxarılacaq. Daşınar əmlakların ilkin satış qiyməti 4200 manatdır.