Xəbər verdiyimiz kimi, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan 4 bankın balansında olan maşın, bankomat və daşınmaz əmlakları hərraca çıxarıb.
Satılacaq maşınlar “Standard Bank” və “Atrabank”-a məxsusdur. Ləğv prosesində olan “Kredobank” ASC-nin balansında olan qeyri-yaşayış sahəsi və “Texnikabank” ASC-nin balansında olan bağ evi də hərracda satılacaq.
İNSİDER həmin əmlakların ilkin satış qiymətlərini təqdim edir:
BANKOMAT - 6.750 AZN
MATİCA SYSTEMZ3” MODELLİ 19658 İD NÖMRƏLİ – 5 030 AZN
“ATRABANK” ASC-NİN BALANSINDA OLAN HCM VƏ EMBOSSERİN - 6.030,00 AZN
“FORD FOCUS” - 3.240,00 AZN
“MİTSUBİSHİ PAJERO” - 11.540,00 AZN
DAŞINMAZ ƏMLAK - “KREDOBANK” ASC-NİN KREDİT TƏMİNATI QİSMİNDƏ BALANSA GÖTÜRÜLMÜŞ ƏMLAK - 250.150,00 AZN
BAĞ EVİ - 150.150,00 AZN
“FORD FOCUS” - 3.240,00 AZN
“MİTSUBİSHİ PAJERO” - 11.540,00 AZN
“DAEWOO NEXIA” - 5.050,00 AZN
“MITSUBISHI LANCER” - 6.550,00 AZN
“MITSUBISHI LANCER” - 7.550,00 AZN
“MITSUBISHI LANCER” - 7.550,00 AZN
“MITSUBISHI LANCER” - 7.550,00 AZN
“MITSUBISHI LANCER” - 7.550,00 AZN
“MITSUBISHI LANCER” - 7.050,00 AZN
“FİAT DOBLO CARGO” - 8.050,00 AZN
“TOYOTA COROLLA” - 22.550,00 AZN - 6 ədəd
“TOYOTA AVALON” - 11.050,00 AZN
“HYUNDAI ACCENT” - 15.050,00 AZN
“HYUNDAI ACCENT” - 8.050,00 AZN
“HYUNDAI ACCENT" - 13.050,00 AZN
“MERCEDES 815” - 15.050,00 AZN
“MATİCA SYSTEMZ9” MODELLİ EMBOSSERİN - 17.030,00 AZN
Mütəxəssislər qiymətlərin bazara uyğun olduğunu iddia edirlər. Məsələn, hazırda Azərbaycanda “Toyota Corolla” avtomobilinin qiyməti 29 min 200 manatdan başlayır. Banklara məxsus bankomatların satış qiyməti isə parametrlərindən asılı olaraq 10 min - 40 min manat arasında dəyişir.
Əgər hərraca çıxarılan əmlakların qiyməti baha göstərilərsə, onlar satılmayacaq və növbəti dəfə hərraca çıxarılarkən qiymətlər endiriləcək. Qiymətlərin aşağı olması isə daha çox insanın hərraca maraq göstərməsinə və nəticədə əmlakların daha baha satılmasına imkan verəcək.
Qeyd edək ki, açıq hərracın təşkili Xammal və Əmtəə Birjasında fəaliyyət göstərən “Külək” MMC -yə həvalə olunub. Ancaq əmlakları həmin şirkət qiymətləndirməyib.
“Külək” MMC 2002-ci ildə qeydiyyatdan keçib. Şirkətin rəsmi sahibi Mustafayeva Günel Nazim qızıdır. MMC-nin nizamnamə kapitalı 10 manatdır. Lakin şirkətin indiyədək hansı hərracları həyata keçirməsi, şəffaflıq göstəriciləri barədə heç bir məlumat verilmir.
Hərrac 2018-ci il yanvarın 16-da saat 11-də şirkətin hüquqi ünvanında - Bakı şəhəri, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məhəllədə keçiriləcək. Həmin tarixə qədər müraciətlər qeydiyyata alınacaq. “Külək” MMC-nin rəhbəri Nərgiz Əliyeva İNSİDER-a açıqlamasında artıq müraciətlərin başladığını qeyd edib. Lakin hələlik konkret qeydiyyatdan keçən olmayıb. Çünki hərracda iştirak etmək üçün beh ödəmək lazımdır.
Bağlanan bankların əmlaklarını almaq istəyən şəxslər onların texniki vəziyyəti və yararlılığı ilə tanış ola biləcəklər. Bunun üçün xüsusi mütəxəssislər ayrılıb. Müraciət edən şəxs əmlak barədə ətraflı məlumat almaq istədikdə təyin olunmuş xüsusi mütəxəssislə görüşüb əmlakların yerləşdiyi ünvana gedərək əsas vəsaitlər barədə dolğun məlumat ala bilər. Yaranan suallarla bağlı 941 nömrəli qaynar xətt vasitəsilə də əlaqə saxlamaq mümkündür.
Hərracda iştirak etmək istəyən şəxslər almaq istədiklərin əmlakın ilkin satış qiymətinin 5%-i məbləğində beh, 2%-i məbləğində iştirak haqqı və 1% hərrac addımı üçün ödəməlidirlər. Məsələn, ilkin satış qiyməti 15 050 manat olan maşını almaq üçün 151 man hərrac addımı məbləği, 301 manat iştirak haqqı və 753 manat beh ödəmək lazımdır.
Qeyd edək ki, beh məbləğləri yanvarın 9-dan 15-dək qəbul ediləcək.
Onu da deyək ki, Əmanətləarin Sığortalanması Fondu bağlanan bankların ümumilikdə nə qədər əmlakının olması və kreditorların tələbləri barədə məlumatları açıqlamır. Halbuki, bir müddət öncə həmin rəqəmlər ictimaiyyətə təqdim edilmişdi.
Məlumata görə, təkcə “Bank Standart”ın satışa çıxarılacaq əmlakının ümumi dəyəri təxminən 40 milyon manata yaxındır. Bankın kreditorla olan borcunun həcmi isə 1,2 milyard manatdır. Verilmiş kreditlərin ümumi məbləği isə 750 milyon manat təşkil edir.
Bağlanan bankların əmlaklarını “Külək” satacaq – QİYMƏTLƏR
16:06
20 Dek 2017