“Dəmirbank”dan dollarla kredit götürənlərin kompensasiyasının hesablanmasında problemlər yaranıb.
FED.az xəbər verir ki, Astara rayon sakini Rəşad Həsənov bildirib ki, 2014-cü ildə 0,78 AZN məzənnə ilə "Dəmirbank" ASC-dən 8974 ABŞ dolları kredit götürüb. Kreditin 7600 dollarını devalyasiyadan sonra1.05 məzənnə ilə ödəyib və 2015-ci ilin avqust ayına borcunu tam bağlayıb. Lakin kompensasiya alacaq şəxslərin siyahısında onun adı çıxmayıb.
Eləcə də bax: Bu il Azərbaycanda cəmi 7 bankda hesablarla əməliyyat aparılıb - SİYAHI
Lisenziyasına xitam verilən “Dəmirbank”ın ləğvedicisi təyin olunan Əmanətlərin Sığortalanması Fondundan bildirilib ki, bu problem sırf həmin vətəndaşla bağlı deyil:“DəmirBank”ın müştəri bazası vahid sistemdə olmadığına görə məlumatın sistemə yüklənməsi mərhələli şəkildə aparılır. O bankın üç “core banking”i olduğu üçün digər məlumatlarla müqayisədə gec yüklənir. Vətəndaşlardan xahiş edirik ki, narahat olmasınlar. Proqram yeniləndikcə məlumatların hamısı görünəcək. Yaxın 3 gün ərzində “Dəmirbank”ın bütün müştərilərinin məlumatları sistemə daxil ediləcək və istifadəçilər kompensasiya alacaq şəxslərin siyahısında öz adlarını görə biləcəklər”.