Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın xüsusi rejimdə iş üzrə Təlimatını, habelə Ümumdünya Səhiyyə Təşkilatının insanların sıx toplaşdıqları yerlərin qapadılmasına dair tövsiyəsini nəzərə almaqla, Əmanətlərin Sığortalanması Fondu və Fondun ləğvetməsində olan banklar üzrə vətəndaş qəbulu 2020-ci il martın 17-dən 29-dək məhdudlaşdırır.
Eləcə də bax: Əhalinin banklarda olan - ƏMANƏTLƏRİNİN MƏBLƏĞİ AÇIQLANIB
FED.az məlumat verir ki, bu dövr ərzində vətəndaş müraciətləri elektron formatda e-gov.az “Elektron Hökumət” portalı vasitəsilə adif.az saytı üzərindən və [email protected] e-mail ünvanı vasitəsilə (şəxsiyyəti təsdiq edən sənədin sürəti əlavə edilməklə) qəbul olunacaq.
Vətəndaşlar “941” qısa nömrə və (994 12) 596-65-91, (994 12) 596-65-92, (994 12) 596-65- 93 telefon nömrələri vasitəsilə zəruri məlumatları ala bilərlər.