“Bağlanan banklarda 211 mln. manatlıq ipoteka kreditləri var. İpoteka və Kredit Zəmanət Fondu özü müəyyənləşdirəcək ki, miqrasiya hara, hansı banka edilsin”.
Eləcə də bax: Azərbaycanda gecikən ipoteka ödənişlərinə - FAİZ HESABLANMAYACAQ - YENİLİK
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bağlanan banklarda əmanətlərin 99%-dən çoxu sığortalıdır. Bağlanan banklarda qorunmayan əmanətlərin həcmi isə 3 mln. manat təşkil edir.
E. Rüstəmov onu da bildirib ki, hazırda bağlanan banklardan başqa problemli olan digər banklarla da tanışıq: “Yoxlamaları hər rüb aparacağıq. Yeni vəziyyət yaranarsa, biz bunu bölüşəcəyik”.
“Biz hələ tam bank sektorunu yoxlayıb bitirməmişik. Kapitalın qiymətləndirilməsi həyata keçirilib. Bu olmasaydı, bağlanan bankların siyahısı daha böyük olardı. İlkin qiymətləndirmələri həyata keçirmişik. Bankların açıqladıqları hesabatlara inanmaq olar. Son dəqiqləşmələr olacaq. Ola bilər ki, 1-2% kənarlaşma olsun. Ona görə deyirəm ki, bankların hazırda saytlarında açıqladıqları hesabatlara inanmaq olar”, - deyə E. Rüstəmov bildirib.
Qeyd edək ki, AMB-nin qərarına əsasən, son bir ayda “Atabank”, “Amrahbank”, “AGBank” və “NBC Bank”ın lisenziyaları ləğv edilib.