Noyabrın 22-də saat 15.00-də Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) binasında (Babək prospekti, 16) "Bank Standard"ın Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. FED.az xəbər verir ki , bu barədə bankın kreditorlar Şurasının sədri Əkrəm Həsənov bildirib.
ELƏCƏ DƏ BAX: KPMG Azərbaycan: «Bizə qarşı irəli sürülən ittihamlar...» - MÜSAHİBƏ, ÖZƏL
Onun İclasda bankın ləğvetmə prosesi, habelə onun müflisləşməsində təqsirləri ehtimal olunan şəxslərə (Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, “KPMG” audit şirkəti və s.) qarşı məhkəmə prosesləri müzakirə olunacaq.
Əkrəm Həsənov bildirib ki , bankın ləğvetmə prosesi kobud pozuntularla həyata keçirilir. İclasa ƏSF rəhbəri Vüqar Abdullayev də dəvət olunub.