2020-ci ilin mayında lisenziyası ləğv olunan “NBC Bank” ASC-yə görə Azərbaycan Mərkəzi Bankı barəsində (AMB) apelyasiyaya müraciət edilib.
Eləcə də bax: Bağlanmış 4 bankın əmanətçilərinə - Ödənilən Məbləğ Açıqlandı
FED.az Banker.az-a istinadən xəbər verir ki, AMB barəsində Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Əmanətlərin Sığortalanması Fondudur (ADIF). Bildiyimiz kimi, ADIF bağlanan bankın ləğvedicisir.
Fondun müraciətində bildirilir ki, Mərkəzi Banka qarşı mübahisənin səbəbi fiziki şəxs əmanətçilərinin bank hesabları ilə bağlıdır.
Bildirək ki, bankların bağlanmasından sonra fiziki şəxslərə əmanətlərin kompensasiya ödənişi ilə bağlı bloklanma olmuşdur. Qeyd edilirdi ki, həmin bloklanmanın səbəbi əmanətlərin bağlanan banklara icazə olmadan cəlb edilməsi olmuşdur. Lakin, ADİF bir müddət sonra bunun bankın əmanətçisinin günahı olmadığını açıqlamışdı.
ADİF-in əsas fəaliyyəti iştirakçı banklardan əmanətlərin sığortalanması üçün sığorta haqlarını toplamaq, qanuna uyğun olaraq Fondun pul vəsaitinin təhlükəsizliyini təmin etmək və bankda sığorta hadisəsi baş verdikdə qorunan əmanətçilərə sığortalanmış əmanətlərin ödənilməsini təmin etməkdir.