Bağlanan bank “Başak-İnam” sığorta şirkətinə olan borcunu qaytarmağa başlayıb. Söhbət iflas prosesində olan “Gəncəbank”dan gedir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib. Məlumatda bildirilib ki, “Başak-İnam Sığorta Şirkəti” ASC-nin iflas prosesində olan “Gəncəbank” ASC və “Zaminbank” ASC-dəki bank hesablarında pul vəsaitləri mövcuddur.“Başak-İnam Sığorta Şirkəti” ASC hər iki bankda kreditorlar siyahısında qeydə alınıb və kreditorların reyestri məhkəmə tərəfindən təsdiq edilib.
Hər iki bankla danışıqlar davam etdirilir. “Gəncəbank”ASC artıq “Başak-İnam Sığorta Şirkəti”nın manat hesabında olan pul vəsaitini tam geri qaytarıb və yaxın zamanda qalan borcunu tranşlarla qaytarmağı planlaşdırır.