Ötən il fəaliyyəti dayandırılan “AtaBank” ASC, “AmrahBank” ASC, “AGBank” ASC və “NBCBank” ASC-nin əmanətçilərinə kompensasiyaların evrilməsi baş çatmaqdadır.
Eləcə də bax: Ən çox pul «Atabank»ın müştərilərinə qaytarılıb – MƏBLƏĞLƏR AÇIQLANDI
Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) FED.az-a bildirilib ki, Covid-19 pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi və xüsusilədə Fond əməkdaşlarının növbəli iş rejiminin yaratdığı çətinliklərə baxmayaraq, Əmanətlərin Sığortalanması Fondu bir ildən də az vaxtda müflis elan edilmiş son 4 bank üzrə kompensasiyaların qaytarılmasına nail olub.
Qısa vaxt ərzində kompensasiyaların verilməsi yekunlaşacaq.
Məlum olduğu kimi, sığorta hadisəsi baş vermiş, lisenziyaları ləğv edilmiş və ƏSF ləğvedicisi təyin olunmuş “Ata Bank” ASC, “Amrah Bank” ASC, “NBC Bank” ASC və “AG Bank” ASC-nin toplam 24688 əmanətçisinə bir ildən az zaman ərzində 640 milyon manatdan çox kompensasiyaların ödənilməsi həyata keçirilmişdir.
Belə ki, ötən ilin iyun ayının 16-dan cari ilin aprel ayının tamamınadək agent bank olaraq təyin edilmiş “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın toplam 9009 əmanətçisinə 254 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 93.70%-i) ödənilmişdir.
Həmçinin, ötən ilin iyun ayının 1-dən cari ilin aprel ayının sonunadək agent bank qismində seçilmiş “Kapital Bank” tərəfindən “Amrah Bank” və “Ata Bank”ın toplam 15 679 əmanətçisinə 386 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 95.34%-i) ödənişi həyata keçirilmişdir.