“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatında (BOKT) 50% payı olan Orxan Cəfərov payını satıb.
FED.az xəbər verir ki, onun payını Tamara İsmayılova alıb.
“Azinvestkredit”in digər 50%-lik təsisçisi isə əvvəlki kimi Əkbər İsmayılovdur.
BOKT-da baş verən daha bir dəyişiklik isə onun nizamnamə kapitalının 100 min manat və yaxud 25% artırılaraq 400 min manatdan 500 min manata çatdırılmasıdır. Kapital artımında hər iki təsisçi paylarına uyğun iştirak edib. Yəni, artımdan sonra təsisçilərin pay bölgüsü dəyişməyib.