FED.az xəbər veri ki, "AzərTürkBank" Partnyorlarla iş şöbəsinin rəisi - Pərakəndə Bankçılıq Departamenti (Baş Ofis) üzrə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Pərakəndə xidmətlərin həyata keçirilməsi məqsədilə, ticarət və xidmət obyeklərində görüşlərin təşkili və partnyor əlaqələrin yaradılması
• Partnyorlarla iş prosesinin optimallaşdırılması üçün müvafiq sistemin yaradılması və avtomatlaşdırılmasının təmin edilməsi.
• Görülən işlər barədə hesabatların rəhbərliyə təqdim edilməsi
Namizədə dair tələblər:
• Ali təhsil
• Bankda müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
• Azərbaycan və Rus dili biliyi
• Analitik təhliletmə qabiliyyəti
• İşgüzar ünsiyyət qurmaq, komanda tərkibində işləmək və inandırmaq bacarığı
• MS Office proqramlarından istifadə bacarığı
• Cavabdeh olduğu sahəyə rəhbərlik etmə bacarığı
CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
CV-lər son qəbul tarixi 31.12.2019