Azərbaycanın bank sektorunun aktiv üzvlərindən olan dövlət bankı «Azər‐Türk Bank» və Rusiya kapitalı ilə fəaliyyət göstərən «VTB bank Azərbaycanda personala ödənilən orta aylıq əmək haqları məlum olub.
«Unibank» və «Bank of Baku»da əmək haqqı nə qədərdir? – MƏBLƏĞLƏR
FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Azər‐Türk Bank»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 863 manat təşkil edib. «VTB bank Azərbaycan»da isə bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 756 manat olub.
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Azər‐Türk Bank»da işçilərin əmək haqqı xərclərinə 20,2 milyon manat sərf edilib. «VTB bank Azərbaycan»da isə bu məbləğ 14,3 milyon manat olub.