Azərbaycanın aparıcı banklarından olan «Azərbaycan Sənaye Bankı» ASC 2020-ci ilin ilk yarım ilinin yekunlarını açıqlayıb.
Eləcə də bax: “Azərbaycan Sənaye Bank”ı ötən il 3 dəfə artıq - REKLAM XƏRCİ ÇƏKİB
FED.az xəbər verir ki, ilk 6 ayda bankın faiz gəlirləri 16 133 min manat (23.7% artıb), faiz xərcləri 8 394 min manat (21,1%), xalis faiz gəliri 7738 min manat (26,5% artıb) olub.
Qeyri-faiz gəlirlərində ikiqat azalma var
2020-ci ilin ilk yarısında «ASB Bank»ın qeyri-faiz gəlirləri 2781 min manat təşkiledib, bu ötənilki ilə müqayisədə 2,35 dəfə azadır. Ötən il həmin göstərici 6531 min manat idi. Qeyd edək ki, bankın qeyri-faiz xərclərinin kəskin azalması bank müştərilərinin sayını azalması və ya onların əməliyyatlarının aktivliyinin aşağ düşməsi ilə bağlı ola bilər.
Hesabat dövründə bankın qeyri-faiz xərcləri 7127 min manata (23,6% artıb) çatıb.
Nəticədə bank yarım ili 3392 min manat əməliyyat mənfəəti ilə başa vurub (2 dəfə azalıb).
Bundan başqa, «Azərbaycan Sənaye Bankı» 2020-ci ilin ilk yarısında aktivlər üzrə mümün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatlardan 806 min manat geri çəkib.
Xalis mənfəəti azalıb
Nəticədə bankın vergidən əvvəlki mənfəəti 4198 min manat olub. 830 min manatlıq mənfəət vergisi ödənildikdən sonra isə bankın ilk yarım ildə xalis mənfəəti 3368 min manat təşkil edib (34,6% azalıb).
Xatırladaq ki, bank ötən ilin ilk yarısını 5152 min manat xalis mənfəətlə bitirmişdi.
ASB Bankın aktivləri azalıb
İlk yarım ildə ASB Bankın aktivləri 6,2% azalaraq 985 milyon manatdan 924 milyon manata düşüb.
Azalmanın səbəbi ASB-nin digər banklardakı depozitlərinin kəskin aşağı düşməsi ilə bağlıdır. Bu depozitlərin məbləği 543,3 milyon manatdan 449,4 milyon manata düşüb (94 milyon manat azalma).
Əvəzində bankın kredit portfeli artıb. İlk yarım ilin sonunda ASB Bankın xalis kredit portfeli 340,5 milyon manat t əşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 15 milyon manat və ya 4,6% yüksəlib.
60 milyon depozit geri çəkilib
Bankın öhdəlikləri isə 7,2% azalaraq 885,5 milyon manatdan 821,8 milyon manata düşüb.
Öhdəliklərin aşağı düşməsinin səbəbi bankdakı depozitlərin azalmasıdır. İlk yarım ildə ASB bankdakı depozitlər təqribən 60 milyon manat azalaraq 715 milyon manatdan 655 milyon manata enib.
ASB bank ilk yarım ildə cəmi kapitalını 2,5 milyon manat artıraraq, 102,2 milyon manata çatdırıb.