«Azərbaycan Sənaye Bankı» (ASB) 2018-ci ilin 3-cü rübü üçün hesabatını açıqlayıb.
FED.az “ASB”in “Mənfəət və Zərər” haqqında hesabatına istinadən bildirir ki, 2018-ci ilin 3-cü rübü üçün faiz gəlirləri 18 mln 502 min manat, faiz xərcləri isə 9 mln 947 min manat olub. Sonda xalis faiz gəlirləri 2018-ci ilin ilk 9 ayı üçün ilin əvvəlinə nəzərən 17,73% azalaraq 8 mln 554 min manata enib.
Bankın 2018-ci ilin 3-cü rübü üçün qeyri-faiz gəlirləri 4 mln 944 min manat, qeyri-faiz xərcləri isə 8 mln 419 min manat təşkil edib. Əməliyyat mənfəəti bu rüb üçün 5 mln 79 min manat olub və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 762 min manat ayrılıb ki, bu da zərərlərin ödənilməsinə sərf olunub.
Yekunda, 2018-ci ilin 3-cü rübündə 4 mln 705 min manat olub. Xatırladaq ki, 2018-ci ilin 2-ci rübündə xalis mənfəət 2 mln 333 min manat, 2017-ci ilin sonunda isə 4 mln 357 min manat təşkil edib.
FED.az “ASB”in “Balans” hesabatına əsasən xəbər verir ki, bankın cəmi aktivləri 2018-ci ilin ilk 9 ayı üçün ilin əvvəli ilə müqayisədə 6,56% artaraq 1 mlrd 7 mln 197 min manata yüksəlib, cəmi kapital isə 5,39% artaraq 95 mln 229 min manata çatıb.
Bankın kredit portfeli 2018-ci ilin 3-cü rübündə 286 mln 997 min manat olub. Xatırladaq ki, bankın kreit portfeli 2018-ci ilin 2-ci rübündə 268 mln 171 min manat, 2017-ci ilin yekununda isə 298 mln 830 min manat təşkil edib.
Qeyd edək ki, bankın 2018-ci ilin 3-cü rübü üçün problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 2,26% olub.