“Azersun Holdinq” MMC-yə yaxın olan “Azərbaycan Sənaye Bankı” ASC-nin ötən il ərzində gəlirləri azalıb.
FED.az biznes və maliyyə portalı xəbər verir ki, bu barədə bankın illik maliyyə hesabatında bildirilir.
2021-ci il ərzində ASB-nin faiz gəlirləri 27.08 milyon manat olmuşdur, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 16.2% azalma deməkdir.
Bankın faiz xərcləri 14.36 milyon manat, qeyri-faiz gəlirlərinin həcmi 5.74 mln. manat, qeyri-faiz xərclərinin həcmi 15.63 mln. manat olmuşdur. Bankın gəlirlərinin azaldığı və xərclərinin çoxalması ilə əməliyyat mənfəəti 2.83 milyon manata qədər azalıb – bu öncəki il 2020-də 5.86 mln. manat idi.
Beləliklə, 2021-ci ildə ASB 2.23 milyon manat (2020: 5.18 mln. manat) xalis mənfəət əldə edib. Hesabat dövründə əldə edilən xalis mənfəət bölüşdürülməmiş mənfəətini 39.43 mln. manata çatdırıb.
Həmçinin bankın aktivləri də ötən il ərzində 911.5 milyon manatdan 812.56 milyon manata qədər azalmışdır. Aktivlərin daralmasına səbəb müştərilərə verdiyi kreditlərin son il ərzində kiçilməsidir. (banker.az)