FED.az xəbər verir ki, Azərsun Holdinq SAP modulları mütəxəssisi üzrə vakansiya elan edir.
Eləcə də bax: Azərsun Holdinq işçi axtarır - VAKANSİYA
Əsas tələblər:
Ali təhsil (sənaye mühəndisliyi, kompüter mühəndisliyi, iqtisadiyyat);
Azərbaycan və ingilis dili bilikləri;
Lojistik proseslər üçün: PP-PM, MM-QM, SD-EWM kimi modullarındən bir və ya bir neçəsində, maliyyə prosesləri üçün FI-CO modullarında tətbiqi biliyə sahib olmalı;
Analitik düşünmək və problem həll etmək bacarığı;
Asan ünsiyyət qura bilməli.
Vəzifə və öhdəliklər:
İş proseslərini analiz etmək, iş proseslərinin təkmilləşdirilməsi istiqamətində iştirak etmək və lazımi sənədləri (as-is, to-be) hazırlamaq.
İş proseslərinin iş axış cədvəllərini hazırlamaq.
Sistemdəki uyğunlaşdırmalar çərçivəsində test ssenariləri hazırlamaq və bütün iş proseslərini test serverlərində test etmək.
İstifadəçilərə təlim vermək və əl kitabçası/istifadəçi kitabçası hazırlamaq.
İstifadəçi avtorizasiya matrisini hazırlamaq və təmin etmək.
Canlı sistemdə istifadəcilərin qarşılaşdıqları problemleri incələmək və həll etmək.
Təşkilati struktur elementlərlə əlaqədar konfiqurasiyaları SAP sistemində etmək.
Proqram standartı xaricindəki tələblərlə bağlı funksional spesifikasiyaları hazırlamaq.
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “SAP modulları mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 26.10.2019-cu il tarixədək qəbul olunacaqdır.