2025-cü ilin I rübünün yekunlarına əsasən, Azərbaycanda 8 bankın depzoit portfeli 1 milyard manatdan çoxdur.
FED.az bu barədə bankların hesabatına istinadən xəbər verir.
Ən yüksək depozit portfelinə malik olan bank “Azərbaycan Beynəlxalq Bank”ıdır – 10 milyard 128 milyon manat.
Digər yüksək depozit portfelinə malik olan banklardan “Kapital Bank” 9 milyard 4 milyon manatla ikinci, “Paşa Bank” isə 6 milyard 321 milyon manatla üçüncü yeri tutur.
“Xalq Bank”ın I rübdə depozit portfeli isə 1 milyard 819 milyon manat olub.
"Azər Türk Bank"ın depozit portfeli 1 milyard 382 milyon manata yaxınlaşıb.
Bundan başqa ötən rübdə əmanətlərin məbləği “Bank Respublika”da 1 milyard 212 milyon manat, “Unibank”da 1 milyard 205 milyon manat “AccessBank”da 1 milyard 60 milyon manat.
Ən aşağı balans depozit portfelinə malik olan bank isə Bank Melli İran" Bakı filialı (35 milyon 256min manat olub.”Bank Avrasiya”da isə 57 milyon 380 min manat təşkil edib.
Bankların depozit portfeli üzrə göstəriciləri ilə daha ətarflı tanış olmaq üçün FED.az RENKİNQ-də izləyə bilərsiniz.