25 ildən artıq uğurla fəaliyyət göstərən AGBank ASC öz məhsulları ilə daim müştərilərin xidmətindədir. Təsadüfi deyildir ki, bankın müştərilərinin sayı hər il daha da artır. Bankdan FED.az-a verilən məlumata görə, AGBank Azərbaycanda yeganə bankdır ki, müştərilərə plastik kart paketləri əldə etmək imkanı yaradır.
Plastik kart paketləri bir hesaba bağlı bir-neçə kartdan ibarətdir. Hər bir paketin tərkibinə isə müəyyən restoranlar, alış-veriş mərkəzləri və s. 250-yə yaxın partnyor şəbəkəsində xüsusi endirimlərdən yararlanmaq imkanı yaradan “AGClub Discount” endirim kartı daxildir.
Plastik kart paketlərin üstünlükləri ondan ibarətdir ki, bir kart itirildikdə və ya zədələndikdə, bu hesabda olan vəsaitdən digər kart vasitəsi ilə də istifadə etmək mümkün olur. Bu isə, əsasən xaricdə olarkən və yeni kartın sifarişi üçün bankınıza müraciət imkanı olmadıqda, daha da əlverilişlidir.
Həmçinin, bir şəxs bir plastik kart paketi rəsmiləşdirməklə, bu hesabdan ailə üzvlərinin də yararlanmasını təmin edə bilər. Bunun üçün sadəcə kartların birini ailə üzvünə təqdim etmək kifayətdir.
Paketlərin çoxuna həm VİSA, həm də MasterCard kartları daxildir. Bu da paketlərin rahatlığını bir daha sübut edir.
Bəzi Plastik kart paketlərinə premium səviyyəli kartlarla yanaşı həmçinin, Priority Pass kartı da daxildir. Bu kart öz sahiblərinə 90 beynəlxalq hava limanlarında 200-dən çox birinci dərəcəli zalda sakitlik içində dincəlmə və öz reysini rahatlıqda gözləmə imkanını bağışlayır.
Priority Pass kart sahibləri özü ilə səyahət edən ailə üzvlərini və dostlarını da lounge zonaya dəvət edə bilər. Sadəcə giriş haqqını ödəmək kifayətdir. İş adamları həmçinin telefon və ya faks kimi biznes-xidmətlərdən istifadə etmək imkanı yüksək qıymətləndirəcək.
10 AZN-dən başlayan qiymətlərlə təklif olunan bu unikal fürsətdən yararlanmaq üçün şəxsiyyət vəsiqəsi ilə AGBankın istənilən filialına müraciət edə bilərsiniz.