2024-cü ilin noyabın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 3 milyard 242 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici oktyabrın 1-nə olan dövr ilə müqayisədə 358,6 milyon manat və ya 12,4%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 380,1 milyon manat və ya 13,3% çoxdur.
2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 861,9 milyon manat olub.
Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 2 milyard 861,9 milyon manat təşkil edib.