2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 2 milyard 939 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici sentyabrın 1-nə olan dövr ilə müqayisədə 234,9 milyon manat və ya 8,9%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 301 milyon manat və ya 11,7% çoxdur.
2023-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının gəlirləri 2 milyard 648,5 milyon manat olub.
Bu ilin 1 oktyabr vəziyyətinə bu göstərici 2 milyard 584,2 milyon manat təşkil edib.