Tam xarici kapitallı bank olan "AccessBank" ilə bağlı artıq bir neçə aydır gəzən söz-söhbət son günlər daha da artıb.
FED.az xəbər verir ki, Nikoil Bank-ın səhmdarı olan, Rusiyanın "LUKoyl" neft şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov "Access Bankı" almaq istədiyini bildirib. Bununla bağlı V.Ələkbərov Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Palata hazırda bununla bağlı müəyyən işlər görür və "AccessBank"ın qiymətləndirilməsi ilə bağlı tərəflər arasında danışıqlar gedir.
Qeyd edək ki, "AccessBank"ın nizamnamə kapitalı 140,25 milyon manat təşkil edir. Bu, 100% xarici kapitaldan ibarət olub, 6 beynəlxalq maliyyə institutuna məxsusdur.
insider
Azərbaycanlı iş adamı "Accessbank"ı alır
15:58
22 Noy 2017