Azərbaycanın aparıcı banklarından olan «AG Bank» ASC-nin səhmdarlarının Ümumi Yığıncağı təyin edilib.
Eləcə də bax: “AGBank”ın maliyyə vəziyyəti - MƏLUM OLUB
Bankdan FED.az-a verilən məlumata görə, toplantı 3 aprel 2020-ci il tarixində saat 10.00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçiriləcək.
Yığıncağın gündəliyi :
1. İdarə Heyətinin 2019-cu il üzrə hesabatı
2. Audit Komitəsinin hesabatı
3. Bankın maliyyə nəticələrinin təsdiq edilməsi
4. Müşahidə Şurasının tərkibinin təsdiqi
5. İdarə Heyətinin tərkibinin təsdiqi