2020-ci il martın 1-dək Bakıda və regionlarda bank kreditləşməsi ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz çox olub.
FED.az bu barədə Mərkəzi Bankın statistik bülleteninə istinadən məlumat verir.
Eləcə də bax: Azərbaycan bankı kreditin gecikməsinə görə - CƏRİMƏ FAİZİNİ DAYANDIRIR
Hesabata əsasən, martın 1-dək Bakıda 12,3 milyard manat kredit verilib. Bu, regionlarla müqayisədə 4 dəfə çoxdur. Paytaxtda verilən kreditlərin 46 faizi, yəni 7 milyard manatı milli valyutanın payına düşüb.
Martın 1-dək Azərbaycanda kreditlər üzrə orta illik faiz dərəcəsi 11 faiz, Bakıda 9,15 faiz təşkil edib.
Azərbaycanda regionlar üzrə kreditlərin paylanması (1 mart 2020-ci il):
Kreditləşmənin həcmi (min manat) |
Orta faiz dərəcəsi (%) |
Ümumi kredit həcmində payı |
|
Azərbaycan |
15 299 104 |
11,02 |
100 |
Bakı |
12 304 664 |
9,14 |
80,4 |
İqtisadi rayonlar, o cümlədən: |
2 944 440 |
17,09 |
19,6 |
Abşeron |
545 693 |
15,89 |
3,6 |
Aran |
775 677 |
21,19 |
5,1 |
Dağlıq Şirvan |
73 685 |
21,20 |
0,5 |
Gəncə-Qazax |
639 264 |
18,52 |
4,2 |
Quba-Xaçmaz |
210 146 |
18,85 |
1,4 |
Lənkəran |
287 571 |
20,40 |
1,9 |
Şəki-Zaqatala |
227 835 |
16,74 |
1,5 |
Yuxarı Qarabağ |
60 529 |
23,90 |
0,4 |
Kəlbəcər-Laçın |
0 |
0,00 |
0,0 |
Naxçıvan |
174 039 |
14,20 |
1,1 |
Trend