Devalvasiya nəticəsində üzləşdiyi problemləri indiyədək həll edə bilməyən “Viza Kredit” Bank Olmayan Kredit Təşkilatının (BOKT) sahibləri vəziyyətdən çıxmaq üçün yeni səhmdar cəlb etməyə hazırlaşırlar.
Eləcə də bax: «Yüksək maaş da versələr biznesimi atıb - BANKA QAYITMARAM» - MÜSAHİBƏ
Maliyyə təşkilatından FED.az-a bildirilib ki, BOKT da yaranan vəziyyət 2015-ci ildəki devalvasiyaların təsiri ilə bağlıdır.
“Müştərilərin kredit ödənişlərinin gecikməsi kütləvi xarakter almağa başlayandan sonra maliyyə göstəricilərimiz pisləşdi. Amma hazırda problemli kreditlərlə bağlı prezidentin fərmanına əsasən həm kompensasiyalar ödənildi, həm də müştərilərlə yeni restrukrizasiyası müqavilələri bağlanacaq, bu da maliyyə vəziyyətimizin yaxşılaşmasına səbəb olacaq” deyə BOKT-dan FED.az-a bildirilib.
Eləcə də bax: Azərbaycanda bank işçilərinin üçdə birinə ehtiyac qalmayacaq – İXTİSARA DÜŞƏCƏK PEŞƏLƏR
Amma BOKT rəhbərliyi bununla kifayətlənməyərək səhmdar kapitala yeni investor cəlb etmək niyyətindədir.
Hazırda BOKT tərəfindən yerli və xarici investorlarla investisiya cəlb edilməsi üçün intensiv şəkildə danışıqlar aparılır.
“İlkin mərhələdə 1 milyon manat investisiya cəlb etmək istəyirik. Daha sonra isə davamlı olaraq banklardan da ucuz kreditlər cəlb etməklə və restruktrizasiya işlərinin aparılması ilə də maliyyə vəziyyətimizi yaxşılaşdırmağı düşünürük”deyə BOKT rəsmisi bildirib. BOKT un nizamnamə kapitalının 1.5 milyon manat olduğunu nəzərə alanda belə məlum olur ki, "Viza Kredit" yeni investora payların 40% təklif edəcəklər.
Məlumata görə, “Viza Kredit" BOKTda problemli kreditlərin ümumi həcmi 1 milyon manata yaxın olub. Problemli kreditlərlə bağlı kompensasiyaların ödənişləri 100 min manat təşkil edib. Həmçinin o da bildirilib ki, 600 nəfərə BOKT tərəfindən rekstrukrizasiya xidməti göstəriləcək ki, bu prosesə də artıq başlanılıb.
BOKT un səhmdarlarında dəyişikliyin olmasına gəlincə isə Qorqud Şahverdiyev bildirb ki, bu yeni investorun tələbindən asılı olacaq. Əgər investorun tələbi olarsa ki, nizamnamə kapitalında payını yerləşdirsin o zaman səhmdarların siyahısı da arta bilər.
Məlumat üçün bildirək ki, hazırda “Viza Kredit” BOKT un nizamnamə kapitalının 88,1%-i Mehdizadə Ceyhun Eldar oğluna, 11,9%-i isə Məmmədov Yaşar Kamran oğluna məxsusdur.
“Viza Kredit BOKT”un hazırda kredit verib-verməməsinə gəlincə isə bildirildi ki, “BOKT”un yalnız mərkəzi ofisində lombard krediti verilir.
Xatırladaq ki, “Viza Kredit”in yığılmış zərəri 1 milyon 493 min manat təşkil etdiyindən 1 milyon 470 min manat olan nizamnamə kapitalını tamamilə silməli olub. Həmçinin “BOKT”un dövriyyə kapitalı da qalmayıb. Öhdəliklərin aktivləri üstələməsi, eyni zamanda kapitalın mənfiyə düşməsi şirkətin texniki müflis olmasını göstərir.
Azərbaycanın maliyyə təşkilatı: Yeni səhmdar cəlb etmək istəyirik
16:33
10 İyun 2019