“Media Consulting and Services” media monitorinq qrupu bu ilin avqust ayı ərzində aparıcı 5 sektor üzrə adı mediada ən çox hallanan qurumların hesabatına yekun vurub.
Şirkətdən verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Mediada ən çox adı hallanan bank yenə də Azərbaycan Beynəlxalq Bankı olub. Sonrakı yerləri bağlanan “Zaminbank”,“Parabank”, “Dekabank” və “Kredobank” tutub. Həmin bankların əmanətçilərinə və kreditorlarına vəsaitlərin qayratılması ilə bağlı xəbərlər medianın aparıcı mövzuları olub.
Fins.az©