Azərbaycan mətbuatında ən çox adı xatırlanan bankların siyahısı məlum olub.
FED.az "Media Consulting&Services" şirkətinə istinadən xəbər verir ki, mart ayında ölkə mətbuatında bankların adı 7753 dəfə xatırlanıb. Bunlardan 7544-ü onlayn resursların, 188-i qəzetlərin, 21-i isə TV-lərin payına düşüb.
Mediada adı tez-tez xatırlanan bankların siyahısında ilk yeri Azərbaycan Beynəlxalq Bankı (ABB) tutur. Mediadakı bütün məlumatların 15,4%-i ABB-yə aid olub. Ümumiyyətlə mediada banklar haqqında yayılan bütün məlumatların yarıdan çoxu ilk 5 bankın payına düşür. Onların arasında ABB-dən başqa, Accessbank və Bank Respublika da var. Bütün məlumatların 70%-i isə ilk 10 bank haqqındadır.
№ | Bankın adı | Ümumi məlumatlar | |
Ədəd | % | ||
1 | ABB | 1193 | 15.40% |
2 | Kapital Bank | 1170 | 15.10% |
3 | Paşa Bank | 553 | 7.10% |
4 | Accessbank | 534 | 6.90% |
5 | Bank Respublika | 496 | 6.40% |
6 | Unibank | 395 | 5.10% |
7 | AtaBank | 322 | 4.20% |
8 | Nikoil Bank | 301 | 3.90% |
9 | Express Bank | 213 | 2.70% |
10 | AGBank | 207 | 2.70% |
Digərləri | 2369 | 30.60% | |
Cəmi: | 7753 | 100.00% |