Bu ilin ilk yarısında Azərbaycandakı 30 bankın 24-ü dövrü mənfəətlə başa vurduğu halda, 6 bank zərərlə başa vurub.
FED.az Bankların “Mənfəət/Zərər” üzrə RENKİNQİ-nə istinadən bildirir ki, ümumi bank sektorunun mənfəəti 356,2 mln manat, zərər isə 323,1 mln manat təşkil edib. Mənfəətdə ən çox paya Azərbaycanın Beynəlxalq Bankı (229,8 mln manat), zərərdə isə Bank VTB (-250,4mln manat) olub.
Ən çox mənfəət əldə edən 5 bank: Azərbaycan Beynəlxalq Bankı (229,8 mln manat), Kapital Bank (41,7 mln manat), Paşa Bank (15,6 mln manat), Unibank (14,6 mln manat) və Xalq Bank (12,3 mln manat) olub. Bu 5 bankın mənfəəti 314,1 mln manat və yaxud ümumi mənfəətdə payı 88,1%-dir.
FED.az xəbər verir ki, ilk 10 bankın mənfəəti 342,2 mln manat və ya ümumi mənfəətdə xüsusi çəkisi 96,1% olub.
Ümumilikdə, zərərdə olan 6 bank var ki , bununda ümumi məbləği 323,1 mln manatdır.
Ən çox zərərlə üzləşən 5 bank isə: Bank VTB (-250,4 mln manat ), Nikoil Bank (-45,9 mln manat), Accsess Bank (-10,9 mln manat), Amrah Bank (-8,9 mln manat) və AG Bank (-5,1 mln manat)-dır . Bu bankların zərərinin ümumi zərərdə payı 99,14 % olub.