Azərbaycanda bu ilin I rübünün nəticələrinə görə aktivləri ən çox böyüyən bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların aktivlərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Bank VTB (Azərbaycan)"da 9,9% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın aktivləri 31,4 milyon manat həcmində artıb.
"Bank VTB (Azərbaycan)"dan sonra artıma görə ikinci yerdə 9,5% və ya 1 milyard 75,8 milyon manat göstərici ilə "Kapital Bank" gəlir.
Aktivlərində 7,6% və ya 70,8 milyon manat artım baş verən "Bank Of Baku" üçüncüdür.
"AcessBank"ın aktivlərində 6,1% və ya 90,9 milyon manat artım baş verib.
"Azərbaycan Beynəlxalq Bankı"nın aktivləri ötən ilin sonu ilə müqayisədə 5,1% və ya 700,7 milyon manat dəyərində artıb.
Siyahıda 6-cı yerdə 4,1% (26,2 milyon manat) artımla "Premium Bank" yer alıb.
İlk onluqda digər 4 bank "Rabitəbank" (43,9 milyon manat və ya 3,8%), "Turanbank" (25,6 milyon manat və ya 3%), "Bank Respublika" (62,4 milyon manat və ya 2,9%) və "Unibank" (43,7 milyon manat və ya 2,5%) olub.