Azərbaycanda 5 bankın aktivlərinin həcmi 1 milyard manatdan artıqdır. Bu barədə FED.az banklarının aktivlərin həcminə görə RENKİNQ-ə istinadən xəbər verir. Renkinqə əsasən, 1 iyul tarixinə Azərbaycanda bankların aktivlərinin ümumi məbləği 27 milyard 959,6 milyon manat təşkil edir.
30 bankdan ibarət olan siyahıda 5 bankın aktivləri 1 milyard manatı keçir. Bunlar Azərbaycan Beynəlxalq Bankı ( 7 615 553), Paşa Bank (3 901 761), Kapital Bank (3 573 419), Xalq Bank (1 977 524) və ASB Bankdır (1 019 676).
Nəticədə siyahıdakı ilk 5 bankın aktivlərinin ümumu məbləği 18 milyard 087,9 milyon manatdır. Başqa sözlə, bank sektorunun ümumi aktivlərinin 64,7%-i bu ilk 5 bankın payına düşür. Siyahıdakı ilk 10 bankınn aktivlərinin məbləği isə bank sektorunun ümumi 77% paya malikdir.
Bankların siyahısında 7 bankın aktivlərinin həcmi 200 milyon manata çatmır. Bunlar Amrah Bank , Naxçıvan Bank, Günay Bank, Bank Avrasiya , Bank VTB , Bank Milli İran və Pakisttan Milli Bankıdır.
Siyahıdakı son 5 yeri tutan bankların aktivlərinin ümumi məbləği isə 595,2 milyon manat təşkil edir. Bu bank sektorunun ümumi aktivlərinin cəmi2,12%-i deməkdir.
Siyahıdakı son 10 bankın aktivləri isə 1 milyard 752,6 milyon manat olub və bu ümumi bank sektorundakı aktivlərin ümumi məbləğinin 6,26% ni təşkil edir.