Azərbaycanda ən çox aktivi olan banklar məlum olub.
Eləcə də bax: Azərbaycanda aktivlərinin dinamikası üzrə – BANKLARIN RENKİNQİ (31.12.2019)
FED.az bankların 2019-cu ilin sonuna olan göstəricilərinə istinadən xəbər verir ki, Azərbaycanda 5 bankın aktivi 1 milyard manatdan çoxdur. Bunlar Azərbaycan Beynəlxalq Bankı ( 9 milyard 224 milyon manat), “Paşa Bank” (4 milyard 768 milyon manat), “Kapital Bank”(4 milyard 144 milyon manat), “Xalq Bank”(2 milyard 459 milyon manat), “Bank Respublika”dır (1 milyard 413 milyon manat).
Digər 25 bankda isə aktivlər 1 milyard manatdan az olub. Liderlərə aktivlərinin həcminə görə, ən yaxın banklar isə “Azərbaycan Sənaye Bankı”(986 milyon manat), “Accessbank”(898 milyon manat) və ”Unibank”(834 milyon manat) olub.
Ən az aktivi olanlar isə “Pakistan Milli Bankı”nın Bakı filialı (10 milyon 168 min manat) və “Bank Melli İranın Bakı” filialı olub (98 milyon 719 min manat)