Azərbaycanı bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2023-cü ilin 1-ci rübündə böyük mənfəət əldə edib.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin ilk rübündə bankın faiz gəlirləri 73 milyon manat və ya 405-ə yaxın artaraq 192 milyon manata yüksəlib.
Fvaiz xərclərinin 108 milyon manatı kredit portfelindən daxil olub, təqribən 50 milyon maat ABB-nin başqa banklardakı depozitlərindən, 31 milyon manat isə qiymətli kağızlara yatırımlardan əldə edilib.
Bankın faiz xərcləri isə hesabat dövründə 2 dəfədən çox artaraq 33 milyon manatı keçib. Nəticədə ABB rübü 158,7 milyon manat xalis faiz gəliri ilə başa vurub.
Bankın qeyri-faiz gəlirləri 38,3 milyon manat, qeyri-faiz xərcləri 70,3 milyon manat olub.
Nəticədə ABB-nin vergidən əvvəlki mənfəəti 106 milyon manat, 25,6 milyon manat mənfəət vıergisi ödənişindən sonra xalis mənfəət isə 80,4 milyon manat təşkil edib.
Bu ötən ilin eyni göstəricisindən 2 dəfədən çox artıqdır. Xatırladaq ki, ABB 2022-ci ilin 1-ci rübünü 39 milyon manat xalis mənfəətlə bağlamışdı.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, ABB-nin cəmi aktivləri 11 milyard 564 milyon manata təşkil edib. Bundan 3,6 milyard manat bankın kredit portfeli, 2,4 milyard manat digər banklardakı depozitlər, 2,4 milyard manat isə ticarət və investisiya qiymətli kağızlara yatırılan vəsaitdir.
Bankdakı nağd vəsaitlər isə təqribən 3 milyard manat təşkil edir.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, bankın ümumi öhdəlikləri 9 milyard 851 milyon manat olub. Bankın depozit portfeli 8 milyard 737 milyon manat təşkil edib ki, bunun da 1,88 milyard manatı fiziki şəxslərin, 6,85 milyard manat isə hüquqi şəxslərin kreditləridir.
2023-cü ilin 1-ci rübünün nəticələrinə görə, bankın cəmi kapitalı daha 80 milyon manat artaraq 1 milyard 713 milyon manata yüksəlib.