ABB-nin yaratdığı ABB Tech Akademiyası yeni qəbul proqramlarını elan edib.
FED.az xəbər verir ki, bu proqramlar “Məhsul sahibi” və “Proqram təminatı mühəndisliyi-2” istiqamətlərindədir. Akademiyaya qəbul olunmaq istəyən şəxslər ərizələrini buradan göndərə bilərlər.
Qeyd edək ki: «Məhsul sahibi» – yeni məhsulun yaradılması prosesini idarə edən və sonda alınan nəticəyə cavabdeh olan şəxsdir. İdealda «məhsul sahibi» özündə biznes-strateq, bazar analitiki, məhsul-dizayneri və müştəri rollarını birləşdirir.
İndiyə qədər ABB Tech Akademiyasını 11 istiqamət üzrə 300-dən çox məzun bitirib. Məzunların təxminən 75%-i ABB-də və ölkənin digər aparıcı şirkətlərində işlə təmin olunub. Proqramlara bp şirkəti və onun tərəfdaşları da dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə təqaüd qazanmaq imkanı yaradılır.
ABB Tech Akademiyasında tədrisi beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında həyata keçirir. Akademiyada verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələrinə, informasiya texnologiyaları sahəsində peşəkarlar icmasının üzvü olmalarına da kömək göstərir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.